Ölkə futbolu Premyer Liqa

“Neftçi” “Turan Tovuz”la matçdan öncə azarkeşlərinə səsləndi

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində sabah “Turan Tovuz”u qəbul edəcək “Neftçi” azarkeslərinə səslənib.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” sosial şəbəkə hesablarından azarkeşlərin dəstəyinə ehtiyacı olduğunu bildirib.

Əziz “Neftçi” azarkeşləri!

Bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda “Neftçi” adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.

“Neftçi” ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır!


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43