Dünya futbolu

Renat Dadaşov Türkiyə Super Liqasında növbəti qolunu vurdu – VİDEO

Milli komanddamızın futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Türkiyə Super Liqasında növbəti oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Hatay təmsilçisi öz meydanında “Başakşehir”i qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi başa çatıb.

Dadaşov da bu görüşün iştirakçısı olub. Hücumçu 69-cu dəqiqədə meydana daxil olub və komandasının yeganə qolunu vurub. Bu, Renatın Super Liqada vurduğu 5-ci qol olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43