Ölkə futbolu

Şahin Diniyev: “Avrokuboklara getməmək dünyanın sonu deyil”

“Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarım epizoddan qol buraxdıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Sabah” oyunu (0:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Qazanılası 12 xal var qarşıda. Avrokuboklarda mübarizədən qopsaq, belə bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil.

Futbolda stabil heyət, stabil oyun, stabil nəticə. Futbol bunların üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. Bu gün ötənilki heyətdən bir nəfər belə meydanda yox idi. Zamana ehtiyac var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43