Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama matçını keçirib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun qardaş ölkədəki sonuncu sınaqçı rəqibi Ruminiyanın “Targu-Mureş” klubu olub.
Qurban Qurbanovun yetirmələri 90 dəqiqə boyunca rəqibin müqavimətini qıra bilməyincə matç başladığı kimi də bitib – 0:0.
Yoxlama oyunu
31 yanvar
19:30.“Qarabağ” (Azərbaycan) – “Targu-Mureş” (Rumıniya) 0:0