2015-ci il Afrika Millətlər Kubokunun yarım finalında Qana ilə Ekvatorial Qvineya arasında oynanan mübarizə matçın son hissələrində dayandı.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın 82-ci dəqiqəsində 3:0-lıq Qana üstünlüyüylə davam edən matçda Ekvatorial Qvineya azarkeşlərinin hücumuna uğrayan Qana azarkeşi bir anda stadiona düşdü.
Yaşanan hadisə sonrasında matçın hakimi oyunu dayandırdı, Ekvatorial Qvineya azarkeşləri bu dəfə polislərə xarici maddə atmaqa başlayınca aləm qarışdı.
Bütün yaşanan hadisələrə baxmayaraq təxminən yarım saatlıq fasilənin ardından matçın qaldığı yerdən deyil, 90-cı dəqiqədən davam etməsinə qərar verildi, tribunaların də böyük bir qisimi boşaldıldı.