İdman

Güləşçilərimiz Moskvada yarışacaq

7-8 fevral 2015-ci il tarixdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçimiz Moskvaya yollanıb. Heyətdə Elşad Məmmədov (42 kq), Zaur Nuriyev (46 kq), Pərvin Abdullayev (50 kq), Xancavad Məcidzadə (54 kq), Kamran Mirzəliyev, Kənan Cəfərov (hər ikisi 58 kq), İbrahim Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Aslan Məmmədov (76 kq) və Camal Feyziyev (100 kq) yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43