“Arsenal” baş məşqçi Mikel Arteta ilə müqaviləni uzatmaq niyyətindədir.
İdmanxeber.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib. “Topçular”la 42 yaşlı ispaniyalı arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatır.
Arteta 2019-cu ilin dekabrından “Arsenal”ı çalışdırır. London klubu mütəxəssisin rəhbərliyi altında İngiltərə Kubokunu (2019/20) və iki dəfə (2020 və 2023) İngiltərə Superkubokunu qazanıb.

