Topaz Premyer Liqasında III turdan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçirilib. Qarşılaşma 0-1 hesabı ilə paytaxt klubunun xeyrinə nəticələnib.
Arif Əsədov (“Neftçi”nin baş məşqçisi): ““Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik. Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdi. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq”.
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): “Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı. Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdı”.