Kateqoriyasız

Şüvəlanda biabırçılıq: Hakim “Neftçi”nin futbolçusunu təhqir etdi

Az öncə başa çatan AZAL – "Neftçi" matçından sonra İdmanxeber.com-a açıqlama verən "ağ-qaralar"ın futbolçusu Karlos Kardoso yan xətt hakimi Nahid Əiyevin onu təhqir etdiyini bildirib.

Brazilyalı futbolçu bu fikirləri səslənidirb:

"Mən qayda pozuntusu olduğu üçün etiraz etdim amma yan xətt hakimi məni təhqir etdi, mənə çox pis sözlər dedi. Mən beşinci ölkədir oynayıram amma belə şey görməmişdim. Bu qeyri-peşəkarlıqdır. Düzdür mən Azərbaycan dilini təmiz bilmirəm amma çoxdandır burdayam bəzi şeyləri başa düşürəm. Əminəm ki, o məni təhqir etdi. Ona karyerasında uğurlar arzulayıram."


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43