29 İyun 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu

Cari mövsümü Azərbaycan çempionu kimi tamamlayan “Qarabağ”ın Çempionlar Liqası I təsnifat mərhələsində daha 4 potensial rəqibləri məlum olub. 

İdmanxeber.az-ın məlumatına görə, bunlar “Selye” (Sloveniya), “Hamrun” (Malta), “Larne” (Şimali İrlandiya) və “UE Santa Koloma” (Andorra) komandalarıdır. Bu klublarla yanaşı,  Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk) təmsilçiləri də”Qarabağ”ın potensial rəqibləri sırasında yer alıb.

Xatırladaq ki, “Köhlən atlar” püşkatmada səpələnmişlər, adı çəkilən klublar isə səpələnməmişlərdə olacaq.

Çempionlar Liqası I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43