28 İyun 2026
Dünya futbolu

“Real” – “Borussiya” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının finalını idarə edəcək hakim açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Real” və “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək həlledici matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri  Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fransua Leteksier (Fransa) idarə edəcək.

Qeyd edək ki,  qarşılaşma iyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43