29 İyun 2026
Ölkə futbolu

Bölgə klubunda ciddi dəyişikliklər: Adı dəyişir, iddialı heyət qurulur

Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubu növbəti mövsümdən fərqli adla çıxış edəcək. Bölgə təmsilçisi artıq bunun üçün çalışmalara başlayıb.

Rəhbərlik komandanın yeni mövsümdən “Kür-Nur Mingəçevir” adı ilə fəaliyyət göstərməsini istəyir. Artıq bu istiqamətdə addımlar atılıb və lazımi sənədlər toplanılıb.

Qısa vaxtda komandanın yeni adının elan edilməsi gözlənilir. Yeni mövsümdən dəyişiklik yalnız komandanın adı ilə bağlı deyil.

Belə ki, rəhbərlik iddialı heyət qurmaq və mövsüm sonu kluba yeni sponsorların cəlb edilməsi üçün də ciddi hazırlıq içindədir. 

Xatırladaq ki, Mingəçevir komandası 1993-cü ildə “Kür-Nur Mingəçevir” adı ilə çıxış edib. 

İdmanxeber.az / Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43