“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino yayda klubunu dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı argentinalı ilə “Milan” maraqlanır. Hazırkı baş məşqçi Stefano Piolinin istefa vermə ehtimalı qeyd olunur.
Poçettino 2023-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. Onun müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.
“Mavilər” 36 turdan sonra 57 xal toplayıb və Premyer Liqa cədvəlində 7-ci yerdədir.

