22 Dekabr 2024
Kateqoriyasız

Cavidin adı UEFA-ya niyə göndərilib?

“Qəbələ” klubu futbolçusu Cavid Hüseynovun adının “Ponatanikos”la Avroliqanın pley-off oyunu üçün UEFA-nın iştirak ərizəsinə salınmasına aydınlıq gətirib.

İdmanxeber.com-un məlumatına görə, klub özünün rəsmi Facebook səhifəsində bildirib:

“Qəbələ” İdman Klubunun UEFA Avropa Liqasının play-off mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsində Cavid Hüseynovun adının olması ilə bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə bildirmək istəyirik ki, iştirak ərizəsi UEFA-ya turnirin əsasnaməsinə uyğun olaraq avqustun 10-da, yəni C.Hüseynovla bağlı həbs qətimkan tədbiri seçilmədən öncə göndərilib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43