“Arsenal”ın futbolçusu Tomaş Rosiçki yenidən zədələnib.
İdmanxeber.com-un məlumatına görə, London klubunun çexiyalı üzvü əməliyyat olunub.
Rosiçkinin 4-8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə təcrübəli futbolçu Premyer Liqanın ilk turlarında “Arsenal”a, “Avro-2016″nın seçmə mərhələsi çərçivəsində Türkiyə və Hollandiya ilə görüşlərdə isə Çexiya yığmasına kömək edə bilməyəcək.