İngiltərənin “Çelsi” klubunun futbolçusu Oskar zədələnib.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu məşq zamanı sıradan çıxıb.
Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının ikinci turunda “Mançester Siti” ilə matçı buraxacaq.
Qeyd edək ki, “Mançester Siti” – “Çelsi” görüşü avqustun 16-ı keçiriləcək.