Premyer Liqanın II turunda Sumqayıt şəfərindən 1:1-lik heç-heçə ilə dönən “Xəzər Lənkəran” istirahətini yekunlaşdırır.
İdmanxeber.com-un məlumatına görə, səfər matçından sonra bir günlük sərbəst buraxılancənub təmsilçisi avqustun 18-də bir araya gələcək. Günün ikinci yarısında Lənkəranda toplanacaq komanda saat 19:00-da doğma stadionun ehtiyat meydançasında məşqə çıxacaq. Bununla da “Xəzər Lənkəran” avqustun 22-də “Rəvan”la keçiriləcək ev oyunun hazırlığına başlayacaq. (12cioyuncu.info)