UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək “Yanq Boyz” oyuna ciddi itkilərlə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, İsveçrə komandasının heyətində 6 futbolçu zədəlidi.
Belə ki, müdafiəçi Loris Benito, yarımmüdafiəçilər Seferi və Sekou Sanago, hücumçu Aleksandr Gendtin bu matçı buraxacağı dəqiqdir. “Gənc oğlanlar”ın “vuran ayağı” Gilluame Oraonun oynayıb-oynamayacağı isə oyun saatına qədər aydınlıq gələcək.
Yarımmüdafiəçi Renato Steffendin də səhhətində problemlər var. Təcrübəli futbolçunun da bu matçda oynamaycağı gözlənilir.