“Barselona”nın futbolçusu Jerar Pike İspaniya Superkubokunun “Atletik”lə cavab oyununda (1:1, birinci oyun – 0:4) qırmızı vərəqə alaraq meydandan qovuldu.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu sözügedən yarışlardakı qırmızı vərəqələrin sayına görə antirekorda imza atıb.
Maraqlıdı ki, “Barsa”nın 6 futbolçusuna “Nou Kamp”da qırmızı vərəqə göstərilib. “Real”ın ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu”da isə komandanın bir futbolçusu meydandan qovulub.