Tofiq Bəhrəmov adına Respublika stadionunun qazanonun yaxşı vəziyyətdə olmaması “Qarabağ”ın planlarını pozub.
İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə “Yanq Boyz”la qarşılaşacaq Ağdam təmsilçisi sabah saat 19.15-də başlayacaq son məşqi Suraxanı qəsəbəsindəki bazada keçirəcək. “Qarabağ” ot örtüyünün daha da pisləşməməsi üçün bu addımı atıb.
Qeyd edək ki, “Yanq Boyz” oyun öncəsi son məşqini mərkəzi arenada keçirəcək.