Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan "Qəbələ" Yunanıstanda "Panatinaikos"un qonağı olacaq.
Bakıda keçirilən oyunda qolsuz heç-heçə qeydə alınmışdı – 0:0. Buna görə də, qrup mərhələsinə vəsiqə qazanmaq istəyən Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Afinada qol vurmalıdı. İstənilən qollu heç-heçə "qırmızı-qaralar"ı qrup mərhələsinə daşıyacaq.
Əgər komanda buna nail ola bilsə tarixində bir ilkə imza atacaq.
Avropa Liqası, Pley-off mərhələsi (cavab oyunu)
27 avqust
23:00. “Panatinaikos” – “Qəbələ” 2:2
Qol: Dodo, 6, 62
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Tomaş Mokoş, Peter Kraloviç (Slovakiya).
Afina. Apostolos Nikolaidis adına stadion.
İlk oyun – 0:0.