“Qarabağ” gözәl oynadı. Möhtәşәm qәlәbәyә görә başda prezidentimiz olmaqla, hәr kәsi tәbrik edirәm. Çox sevinirәm”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının “pley-off” mərhələsində “Yanq Boyz”a 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra deyib.
Ağdam klubunun rəsmisi Əfran İsmayılovun oyunu haqda danışaraq, futbolçulara veriləcək mükafata da toxunub:
“Komanda yaxşıdır. Әfran İsmayılovu meydanda belә görmәk xoş idi. Onu “şir” kimi görmәk məni sevindirdi. Əfranın ürәyimdә yeri var
Bizim standart mükafatlarımız var. Rövnəq Abdullayev də mükafat söz verib. Gedib mükafatı alacağıq (gülür)”.