Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.
İdmanxeber.com AFFA-nın saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis bu uğurun Azərbaycan futbolu üçün önəmli hadisə olduğunu vurğulayıb:
“Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışına müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.