“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Monako” heyətinə yeni futbolçu cəlb edib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı-ağlar” Madridin “Real” klubunun futbolçusu Fabio Koentraunu rənglərinə bağlayıb.
Portuqlaiyalı futbolçu bu mövsümün sonuna kimi “Monako”nun uğurları üçün tər tökəcək.
Qeyd edək ki, bundna əlavə Fransa təmsilçisi “Lill”dən Roni Lopeşin transferini rəsmiləşdirib. Portuqaliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.