“Qarabağ”ın futbolçusu Raydel Pupon Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
İdmanxeber.com-un məlumatına görə, hollandiyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında çətin qrupa düşdüklərini bildirib:
“Çətin qrupa düşdük. Ancaq bizi yaxşı rəqiblərə qarşı əla oyunlar gözləyir. Qrupdan çıxmaq şansımız var. Rəqiblərimiz güclüdür, ancaq top yumrudur, meydan isə düzdür. Hər şey ola bilər”.
Pupon “Anderlext”lə Belçikada keçiriləcək oyunda ailəsi və dostlarından dəstək gözlədiyini bildirib: “Belçika Hollandiyaya qonşu ölkədir. Düşünürəm ki, “Anderlext”lə görüşdə ailəm və dostlarım stadiona gələrək maraqlı oyun izləməklə yanaşı, mənə də dəstək ola biləcəklər”.
Qeyd edək ki, J qrupunda qərarlaşan “Qarabağ” “Anderlext” (Belçika), “Tottenhem” (İngiltərə) və “Monako” ilə mübarizə aparacaq.
Qol.Az