"Qarabağ" daha bir transferini gerçəkləşdirib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu isveçrəli hücumçu Samuel Armenterosu heyətinə qatıb.
Hücumçunun meneceri Serkan Kulup "goal.com"a açıqlamasında futbolçunun "Qarabağ"a keçidi haqda danışıb:
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Anderlext", "Tottenhem" və "Monako" kimi klublarla mübarizə aparacaq. Bu, Samuelin özünü göstərməsi üçün yaxşı şansdır. "Qarabağ" Samuel üçün əla variantdır".
Qeyd edək ki, 25 yaşlı forvard son olaraq "Feyenord"un formasını da geyib. O, burada 29 oyuna 11 qol vurub.