22 Dekabr 2024
Dünyadan

“Avro-2016”: Türkiyə qrupdan necə çıxa bilər?

“Avro-2016″nın seçmə mərəhləsinə yaxşı başlamasa da, qrupdan çıxmaq ehtimalları var.

İdmanxeber.com-un məlumatına görə, bunun üçün “ay-ulduzlular” qarşıdakı 4 matçdan 3-də qalib gəlməlidilər. 

Qrupda ilk iki yeri tutacaq komandalar birbaşa “Avro-2016″ya vəsiqə qazanacaqlar. Üçüncü yerin sahibi isə pley-off mərhələsində gücünü sınayacaq. 

4 oyundan 3-nü öz meydanında keçirəcək Türkiyə ən azı 9 xal toplaya bilsə o zaman pley-off mərhələsində mübarizə apara bilər. Əks halda Hollandiya millisini Türkiyədən az xal toplamalıdır ki, Fatih Terimin yetirmələri qrupdan çıxa bilsinlər.

Qeyd edək ki, Türkiyə millisi sabah Latviya ilə qarşılaşacaq və bu matçda qələbə qazanmaq məcburiyyətindədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43