22 Dekabr 2024
Kateqoriyasız

“İnter”in yeni transferi: “Azərbaycana qalib gələcəyik”

Xorvatiya yığmasının hücumçusu İvan Perişiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. 

İdmanxeber.com-un məlumatına görə, “İnter”in oyunçusu bunları söyləyib:

“Yığmaya dərhal uyğunlaşmaq bir qədər asan deyil. Amma fikrimcə, Azərbaycanla oyun bizim üçün uğurlu alınacaq. Mümkün qədər tez və birinci qol vurmalıyıq. İlk matçda mən onlara qol vurmuşdum. Amma bu dəfə tam fərqli oyun olacaq. Ümid edirəm ki, həm Azərbaycana, həm də Norveçə qalib gələcəyik. Azərbaycanda isti hava olacağını düşünürük. Daha sonra isə Norveçlə oyunu düşünməliyik. İki qələbə ilə oktyabr ayına olan bütün məsələləri həll etmiş olarıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43