Azərbaycanın Avro-2016-nın seçmə mərhələsindəki qrup rəqiblərindən olan İtaliya millisi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, Sebastian Covinkonun zədələnməsindən sonra baş məşqçi Antonio Konte əvəzində “Napoli”nin yarımmüdafiəçisi Lorenzo İnsinyeyə dəvət göndərib.
Qeyd edək ki, İtaliya millisi seçmə mərhələ çərçivəsində sentyabrın 3-də Florensiyada Maltanı, 6-da isə Palermoda Bolqarıstanı qəbul edəcək.