Öncədən də xəbər verdiyimiz kimi, Bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanovun “Xəzər Lənkəran”dan FİFA-ya şikayət edib.
Futbolçu Cənub təmsilçisindən ödənilməyən son 2 ayın maaşını istəyib. Məhz buna görə də, Lənkəran klubu futbolçuya 200 min dollar ödəməlidi.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu İdmanxeber.com-a açıqlamasında məsələyə belə münasibət bildirib:
"Bu indinin xəbəri deyil ki… Bu məsələ 1 aydan artıqdır ki, var. Hüquqşunaslarımız bu məsələylə məşğul olurlar. İnanırıq ki, yaxşı olacaq".