İtaliya millisinin baş məşqçisi Antonio Konte ötən gün baş tutan və 0:0 hesabı ilə başa çatan Azərbaycan – Xorvatiya matçından dnaışıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bunları deyib:
“Qrupumuzdakı komandalar zəif deyil. Dünənki oyunlardan sonra anlamalıyıq ki, heç bir komanda rəqibinə asanlıqla təslim olmur. Malta və Azərbaycan milliləri hədiyyə deyil. Onlara qarşı oynamaq çətindir. Xorvatiya da buna əmin oldu. Artıq futbol bütün ölkələrdə inkişaf edir. Heç bir rəqibi daha 1 ayaqla məğlub edə bilmərsən”.