17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun Orşa şəhərində növbəti yoldaşlıq oyunu keçirib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, belaruslu həmyaşıdları ilə qarşılaşan yığmamız Fərid Nəbiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də keçirilmiş yoldaşlıq görüşü 0:0 hesabı ilə yekunlaşıb.