AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqasda yaranmış fasilədən yararlanaraq Zaqatalaya toplanışa yollanan “Rəvan” bu gün Bakıya dönür.
İdmanxeber.com-un məlumatına görə, “aslanlar” dünən hazırlıq dönəmində son yoxlama oyununa çıxıb.
Tiflisdə Gürcüstanın elita təmsilçisi “Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini 3:0 hesabıyla məğlub edib. Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqləniblər. Bu matçda baxışda olan Özbəkistan millisinin üzvü Alibobo Raxmatullayev də forma geyib.
Qeyd edək ki, “Rəvan” ilk yoxlama oyununu Zaqatalada şəhərin eyniadlı təmsilçisinə qarşı keçirmiş və görüş qolsuz bərabərliklə yekunlaşmışdı.