Xorvatiya millisinin uğursuz çıxışı baş məşqçi Niko Kovaçın bu postda çox qalmayacağına işarədi.
İdmanxeber.com-un məlumatına görə. iddia olunur ki. Kovaç yaxın günlərdə istefa verərək postunu tərk edəcək.
Milli komandamızın baş məşqçisi Prosineçki Xorvatiya millisində boş qalmış bu vəzifəsiyə əsas namizədlərdən biridi.
46 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan millisindəki vəzifəsindən ayrılmağı düşünmədiyini bildirib.
“Hər kəsə təşəkkür edirəm. Lakin Azərbaycan millisindən ayrılmağı düşünmürəm. Cəmi 8 aydır ki, burada çalışıram. Azərbaycan yığması ilə iki illik müqaviləm var. Burada olan şəraitdən razıyam. Düşünürəm ki, onlar da gördüyüm işlərdən və son nəticələrdən narazı deyillər. Seçmə mərhələnin son 4 oyununda uduzmamışıq. Komanda inkişaf edir və biz daha yaxşı oynayırıq. Düzdür, ən yaxşı formadan uzaqdırlar, ancaq mən onlardan razıyam”.