22 Dekabr 2024
Kateqoriyasız

Dəqiqləşdi: Həkimlər “Qəbələ”ni sevindirdi

"Qəbələ"nin futbolçusu Sergey Zenyovun  PAOK-la oyunda meydana çıxıb-çıxmayacağı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Estoniya millisinin düşərgəsində zədələnən mforvard tibbi müayinədən keçib. Zədəsinin ciddi olmadığı aşkarlanan Zanyov artıq komanda ilə birgə məşqlərə də başlayıb. Hücumçu Premyer Liqa matçında "İnter"ə, eləcə də Avroliqa oyununda PAOK-a qarşı forma geyinə biləcək.

Qeyd edək ki, "Qəbələ" "İnter"lə sentyabrın 12-də, PAOK-la isə sentyabrın 17-də üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43