21 Dekabr 2024
Kateqoriyasız

FIFA “Xəzər Lənkəran”ı daha da çətin durumda qoya bilər: 12 futbolçu ilə…

Premyer Liqanın IV turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Xəzər Lənkəran" bu matça ciddi itkilərlə çıxacaq.

Bunu İdmanxeber.com-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi bildirib ki, “ağ-yaşıllar”ın heyətində problemlər var. Belə ki, cəza səbəbindən Skarlatake və Elşən Rzazadə bu oyunu buraxacaq. Zədəli Dieqo Souza FIFA "Xəzər Lənkəran" lehinə qərar versə belə "Qarabağ"la oyunda meydana çıxa bilməyəcək.

H.Cəbrayıloğlu FIFA-dan sevindirici xəbər gözlədiklərini bildirib:

"Skarlatake və Elşən cəza, Dieqo zədə səbəbindən oynaya bilməyəcək. Əgər FIFA qərarı ləğv etməsə yerdə cəmi 12 futbolçu qalır. Baş məşqçimiz güclə start heyəti düzəldib meydana buraxacaq. FIFA-dan dünən xahiş etdik ki, tez bir zamanda bizə "hə" və ya "yox" desin. Bu gün onlardan bizə faks daxil olmalıdı. Gözləyirik…"


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43