“Rəvan”ın baş məşqçisi Emin Quliyev Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bildirib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, futbolçulardan çox narazı olduğunu deyib:
“Səhvlərdən sonra qapımızda qollar gördük. Bizə mütləq bir mərkəz hücumçusu lazımdır. Hakim oyuna cəmi 4 dəqiqə əlavə etdi. Hakimlikdən danışmaq istəmirəm”.