"Bu yay qohumlarımdan birinin toyu üçün Azərbaycana getdim. Mən Saatlı rayonunda doğulmuşam. Ancaq bəzən Cəlilabad rayonunda oluram. Bura mənim anamın doğulduğu yerdir. Həmin kənd İrana yaxın ərazidə yerləşir. Bir saatdan da az vaxta sərhədi keçmək mümkündür".
İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Mordoviya" klubunun Azərbaycan əsilli futbolçusu Emin Mahmudov Rusiya mətbuatına müsahibəsində deyib.
O, daha sonra millimizdə çıxış etməyəcəyini bir daha açıqlayıb:
"Azərbaycandan mənə dəvət olub. Bir dəfə deyil. Ancaq istənilən halda, Azərbaycan yığmasında oynamayacam. Çünki belə olan təqdirdə Rusiyada legioner sayılacam. Ümid edirəm ki, Rusiya millisindən dəvət alacam".