21 Dekabr 2024
Kateqoriyasız

Yığmamızın ikinci sınağı

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxacaq.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Uelsin Osvestri şəhərindəki “Park Hall” stadionunda Belçika komandası ilə qarşılaşacaq. 
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, qrupun ilk oyununda yığmamız Uels millisini 4:1 hesabı ilə məğlub edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43