Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, millinin məşqçisi Qordan Tsipriç UEFA Avropa Liqasının qrup mərhələsində bu gün İngiltərənin London şəhərində keçiriləcək “Tottenhem” – “Qarabağ” oyununu izləyəcək.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Robert Prosineçki və digər köməkçiləri isə “Bakcell Arena”da “Qəbələ” – PAOK qarşılaşmasına baxacaq.