Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunundan əvvəl paytaxt klubunun baş məşqçisi Samir Əliyevin iştirakı ilə brifinq keçirilib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı Olimpiya Stadionundakı bugünkü məşqindən əvvəl keçirilmiş brifinqdə gənc mütəxəssis meadia nümayəndələrinin suallarını cavablayıb:
“Xəzər Lənkəran”la matçda qalib gəlməyə borcluyuq. Bu bizim üçün çox vacibdir. Sabah qazanılacaq qələbə futbolçularımızda özünəinam hissini daha da artıra bilər. Braziliyalı müdafiəçi Jayro Filyo komandada qalacaq. Növbəti oyuna qədər sifariş edəcəyik. Qışda isə bir-iki yeni futbolçu almalıyıq. Daha çox gənclərə şans veririk, amma böyük ehtimalla yeni transferlərimiz legioner olacaq. Qışa qədər həm də hansı mövqelərin güclənməyə ehtiyacı olduğunu müəyyənləşdirəcəyik”.