Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan PFL “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.
Azərbaycan Premyer Liqasının VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr (2015) tarixindən 25 sentyabr (2015) tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 3 oktyabr (2015) tarixindən 4 oktyabr (2015) tarixinə dəyişdirilib.