Futbol üzrə Azərbaycan I divizionunda III turun “Energetik” – “Qaradağ Lökbatan” matçının keçirilmə tarixi dəyişdirilib.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionundakı dövlət əhəmiyyətli tədbirlə əlaqədar olaraq, oyun 24 sentyabr 2015-ci il tarixində deyil, 23 sentyabr 2015-ci il tarixində baş tutacaq.