“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Krasnodar” bu gün Rusiya Premyer Liqasında növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, “Krasnodar” 9-cu turda səfərdə “Ural”ın qonağı olub.
“Uralmaş” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Krasnodar” 9 turdan sonra 12 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
21 sentyabr
Rusiya Premyer Liqası, 9-cu tur
18:30. “Ural” – “Krasnodar” – 3:1