“Qarabağ”ın və millimizin dayaq yarımmüdafiəçisi Qara Qarayev bu gün Qurban Bayramı münasibəti ilə xeyirxah iş görüb.
İdmanxeber.com-un məlumatına görə, 22 yaşlı futbolçu Bakıdakı kimsəsiz uşaq evlərindən birinə baş çəkib.
O, internat evinə tək gəlməyib. Belə ki, rus cizgi filminin məşhur simaları – Maşa və Medved, eləcə də klounla gələn Qara uşaqları sevindirib. “Qarabağ”ın futbolçusu kimsəsiz uşaqları müqəddəs bayram münasibəti ilə təbrik edib və onlara hədiyyələr təqdim edib.
Qaynar.info