Bu gün Topaz Premyer Liqasının VI turuna start verilib.
İdmanxeber.com-un məlumatına görə, “İnter” doğma meydanda “Kəpəz”i qəbul edib.
Gəncəlilər evə xalsız dönüb – 0:1. Matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Şahin Diniyev bunları deyib:
“Öncə Gəncədən gələn azarkeşlərə təşəkkürümüzü bildiririk. Heyif ki, yaxşı oynayan komandaya xal vermirlər. Biz neçənci dəfədi yaxşı oynayırıq, ancaq xal qazana bilmirik. Bütün oyunun bizim üstünlüyümüzlə keçməyinə baxmayaraq üzücü məğlubiyyət aldıq. İnanıram ki, mövsümün sonunda “Kəpəz” öz layiqli yerini tutacaq. Nəticə uzaqda deyil. Biz qələbəyə daha layiq idik, nəyinki “İnter”