Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 6-cı turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının VI turunun “İnter” – “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 86-cı dəqiqəsində “İnter” klubunun futbolçusu Dieqo Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 62-ci və 89-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub (maddə 52).
Oyunun 90+3-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə edilib.
Azərbaycan Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.