“Avropada belə qayda var ki, əgər ki, o, zərərlincə, ola byalnız 45 dəqiqə oynsyırsansa və əlinə düşən 6 qol imkanından fərqlənə bilmirsənsə, qalib gələ bilməzsən”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Anderlext” qarşılaşmasından sonra baş tutmuş mətbuat konfransında qonaq komandanın baş məşqçisi Besnik Hasi deyib.
Hasi bildirib ki, “Qarabağ” onun futbolçularına sərbəst oynamağa imkan vermirdi: “Birinci hissədə “Qarabağ”ın futbolçuları bizə rahat oynamağa imkan vermədilər. İkinci yarıda isə daha yaxşı oynadıq. Ancaq əldə etdiyimiz 6 qol imkanını havaya sovurduq. Avropa Liqası oyunlarında belə şeylər qəbuledilməzdir. Qol vura bilməmək problemimiz üzərində işləyəcəyik. Rəqib komanda qapımıza iki zərbə vurdu, onlardan biri qol oldu. “Qarabağ”ın qolunda qapıçımızın səhvinin olub-olmamasına gəlincə, ola bilər ki, o, zərbə anını görmədi. Ancaq digər futbolçular Almeydaya zərbə vurmağa imkan verməməli idilər. Birinci oyunumuzda da qələbəyə layiq idi. Bu gün də qalib gələ bilərdik. Ancaq Avropada yalnız istedad hesabına qələbə qazanmaq mümkün deyil. Bura çıxmışıqsa, 90 dəqiqə mübarizə aparmalıyıq. Bəli, biz “Qarabağ”dan yaxşı komandayıq. Ancaq bunu meydanda göstərmək lazım idi. “Qarabağ”ın bu meydandakı son 5 oyununa baxmışdıq və bilirdik ki, heç birində uduzmayıblar. Biz onları yaxşı təhlil etmişdik. Zərbələrdən birində topun qapı xəttini keçdiyini futbolçularımın reaksiyasından anladım. Ancaq özüm epizodu görmədiyim üçün konkret fikir bildirə bilmərəm”.