Avropa Liqasının qrup mərhələsini ikinci turu çərçivəsində "Qəbələ" səfərdə "Krasnodar"a qonaq olub.
İdmanxeber.com-un məlumatına görə matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 2:1
Oyundan sonra "Qəbələ"nin futbolçusu Arif Daşdəmirov qarşılaşma haqda bunları deyib:
"Oyunun əvvəlində həyəcan var idi. Rəqibə ardıcıl təhlükəli epizodlar yaratmaq şansı verdik. Fasilədən sonra hesabı bərabərləşdirdik və öz oyunumuzu oynamağa başladıq. İnamlı mübarizə apardıq. Açığı "Krasnodar" bizi təəccübləndirmədi. Dodonun sayılmayan qolu haqqında birmənalı fikir bildirmək olmur. Biri deyir foul idi, digəri "ofsayd" olduğunu söylədi. Buna görə də başqa nəisə demək olmur. Artıq olan olub, keçən keçib"
Səxavət Qurbanov, Krasnodar