“Beşiktaş” iki futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-un məlumatına görə, İstanbul klubu Sezer Öztürk və Gökhan Süzenlə müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
“Beşiktaş”da rəsmi matçlara çıxmayan sözügedən futbolçular uzun müddət idi ki, digər klublarda icarə əsasında çıxış edirdilər.